İran İslam Respublikası və Rusiya Federasiyasının prezidentləri Məsud Pezeşkiyan və Vladimir Putin 6 may, çərşənbə axşamı günortadan sonra telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyəti, regional və beynəlxalq hadisələri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Hər iki ölkənin prezidentləri İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin mükəmməl, konstruktiv və dostluq səviyyəsindən məmnunluq ifadə edərək, xüsusilə pul və bankçılıq, dəmir yolu və avtomobil nəqliyyatı, enerji sahələrində əməkdaşlıq və birgə layihələrin gedişatını müsbət qiymətləndiriblər.
Bu telefon danışğında Pezeşkiyan və Putin iki ölkə arasında Hərtərəfli Strateji Əməkdaşlıq Sazişinin imzalanmasını Tehran və Moskva arasında münasibətlərin dərinliyinin bariz əlaməti və İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, ticarət və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsində dönüş nöqtəsi hesab ediblər, iki ölkənin yüksək səviyyəli rəsmilərinin bu razılaşmanın tam şəkildə həyata keçirilməsində əzm və iradəsini vurğulayıblar.
Vladimir Putin həmçinin İran İslam Respublikası ilə ABŞ arasında davam edən nüvə danışıqlarına uğurlar arzulayıb və Rusiyanın bununla bağlı lazımi texniki yardım göstərməyə hazır olduğunu bəyan edib.
Rusiya Prezidenti bu telefon danışığının əvvəlində Hörmüzqan vilayətinin Şəhid Rəcai limanında baş vermiş partlayışdan təəssüfləndiyini bildirib və bir sıra iranlı həmvətənlərimizin həlak olması ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib. Ölkəmizin Prezidenti də Rusiya hökumətinin başsağlığı ifadə etməsinə və yanğının söndürülməsi əməliyyatında iştirakına görə minnətdarlığını bildirib.
Sizin rəyiniz